Nyu-York meri Zöhran Mamdani İsrailin Qəzzada soyqırım törətməyə davam etdiyini iddia edərək İsrailin Baş naziri Benyamin Netanyahunu “dəhşətli soyqırımın memarı” adlandırıb.
Turkustan.az xəbər verir ki, Mamdani “This Past Weekend” podkastında Netanyahu ilə bağlı açıqlamalar verib. O, İsrail Baş nazirinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs qərarına baxmayaraq, BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka gəlməsinə toxunub.
Mamdani Netanyahunun həbs edilməməsinin federal hökumətin qərarı olduğunu bildirib və ABŞ-ın hələ də BCM-ə üzv olmamasını tənqid edib.
“Düşünürəm ki, biz Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olmalıyıq”, – deyə o bildirib.
Netanyahu ilə bağlı suala cavab verən Mamdani deyib: “Mənə Netanyahudan bəhs edəndə, dəhşətli soyqırımın memarından danışırsınız”.
Nyu-York meri vurğulayıb ki, Qəzzada atəşkəsdən danışılmasına baxmayaraq, onun fikrincə, bölgədə zorakılıq davam edir. Mamdani ötən həftə İsrail ordusunun Qəzzada təhlükəsiz zona hesab edilən ərazidə 11 yaşlı fələstinli uşağı öldürdüyünü də iddia edib.
AYtən Yaşar/ Turkustan.az