ABŞ prezidenti Donald Tramp Dubaydan Təl-Əvivə uçan “Flydubai” aviaşirkətinə məxsus mülki təyyarədə baş verən dəhşətli insidentlə bağlı diqqətçəkən açıqlama verib.
Turkustan.az xarici mediaya istinadla xəbər verir ki, Tramp təyyarənin göyərtəsində yaşananların terror aktı cəhdi ola biləcəyini istisna etməyib: “Eşitdiyimə görə, İran "Flydubai" təyyarəsinin göyərtəsində terror aktı cəhdində iştirak edib”.
Qeyd edək ki, sözügedən qalmaqallı hadisə Dubay-Təl-Əviv reysi zamanı ekipaj üzvləri arasında baş verən kəskin münaqişə səbəbindən yaşanıb. Təyyarənin Oman vətəndaşı olan ikinci pilotu kapitanı bıçaqlayıb. Nəticədə kapitan ağır yaralanıb və nəzarətdən çıxan təyyarə sürətlə yüksəklik itirərək yerə doğru millənməyə başlayıb.
Göyərtədəki faciənin qarşısını sərnişinlər arasında olan rusiyalı və ukraynalı təcrübəli pilotlar alıblar. Sərnişinlər ikinci pilotu zərərsizləşdirdikdən sonra həmin pilotlar idarəetməni ələ alaraq təyyarəni olası qəzadan xilas ediblər./Musavat.com