ABŞ NATO-da yeni format yaradır: Britaniya və Fransa dəvət olunmadı


ABŞ-ın Böyük Britaniya, Fransa və Baltikyanı ölkələri NATO-nun gələcəyi ilə bağlı Polşada keçiriləcək görüşə dəvət etməməsi alyans daxilində suallar yaradıb.

Turkustan.az xəbər verir ki, “Politico”nun altı diplomata istinadən yaydığı məlumata görə, Pentaqonun siyasət rəhbəri Elbric Kolbinin rəhbərlik edəcəyi görüşdə Norveç, İsveç, Finlandiya, Polşa, Almaniya və Niderlandın iştirakı planlaşdırılır.

Bu ölkələr daha əvvəl də “Bergen Qrupu” kimi tanınan eyni formatda görüşlər keçiriblər. Qrupun ilk toplantısı iyun ayında Norveçin Bergen şəhərində baş tutub.

Məlumata görə, format NATO daxilində ayrıca bir qurum yaratmaq və ya alyansı parçalamaq məqsədi daşımır. İştirakçı ölkələrin nümayəndələri görüşlərdə hazırlanan təkliflərin daha sonra bütün NATO üzvlərinin müzakirəsinə çıxarılacağını bildiriblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ