İranın Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin baş nazirin müavini Şahin Mustafayevin əlini qəribə formada sıxması Azərbaycanda haqlı narazılığa səbəb olub, çünki qarşılama və görüş forması xoşagələn deyil.
Rzayinin hərəkəti – görüş zamanı Mustafayevin barmaq uclarını sıxması iki cür yozula bilər: məsafə saxlamaq, soyuqluğunu bildirmək, yaxud özünü (həm də ölkəsini) qarşısındakından üstün göstərmək;
Bu davranışın bilərəkdən edilmədiyini düşünmək olardı, lakin belə görüşlərdə diplomatik etiket həssas olur, digər tərəfdən, hərəkəti Rzayinin etməsi bunun Azərbaycana qarşı qəsdli olduğu fikrini ön plana çıxarır. SEPAH-ın keçmiş komandanı olmuş Rzayi İranda sərt xəttin tərəfdarıdır və Azərbaycana qarşı münasibətdə keşikçilərin qeyri-adekvat mövqeyindən çıxış edir. Hərçənd, Rzayinin bu hərəkəti nəticə olaraq sıfırdır və yalnız Azərbaycan cəmiyyətində İrana olan inamsızlığı daha da artırır./axar.az