ABŞ Dövlət Departamenti Suriyaya müdafiə məhsulları və xidmətlərinin ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Dövlət Departamenti Beynəlxalq Silah Ticarəti Qaydalarına (ITAR) edilən dəyişikliklə Suriyanın müdafiə materialları və xidmətlərinin ixracı və idxalı üzrə lisenziyaların rədd edildiyi ölkələr siyahısından çıxarıldığını bildirib.
Federal Reyestrdə dərc olunan son düzəlişə əsasən, dəyişiklik ABŞ dövlət katibinin 19 avqust 2026-cı ildə qəbul etdiyi yeni müdafiə ticarəti siyasətinə uyğun olaraq həyata keçirilib.
Yeni siyasətə əsasən, müdafiə avadanlıqları və xidmətlərinin Suriyaya transferi ilə bağlı müraciətlər artıq əvvəlki genişmiqyaslı rədd siyasəti əsasında deyil, hər bir hal üzrə ayrıca qiymətləndiriləcək və lisenziyalaşdırılacaq.
Aytən Yaşar/ Turkustan.az