ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır: Daha bir təyyarədaşıyan göndərilir


ABŞ-ın “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmisi ilə birlikdə Yaxın Şərqə daha bir Dəniz Piyadaları diviziyası göndərmək qərarı verdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, İsrailin “i24” televiziya kanalının ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, Vaşinqton Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmi və ikinci Dəniz Piyadaları diviziyası göndərəcək.

“Yedioth Ahronoth” qəzeti yazır ki, bu qərar ABŞ Prezidenti Donald Trampın noyabr ayında keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı yenidən hücum təşkil edə biləcəyi barədə hədələrindən sonra qəbul edilib.

“The Hill” qəzetinin məlumatına görə, “USS Theodore Roosevelt” artıq bölgədə olan təyyarədaşıyan gəmilərdən birini əvəz etmək üçün Yaxın Şərqə yola düşüb.

Qeyd edək ki, “USS Theodore Roosevelt” 7 oktyabr 2023-cü ildən sonra Yaxın Şərqə yerləşdirilmiş, daha sonra rotasiya çərçivəsində ABŞ-a qayıtmışdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ