“Ukraynaya qarşı əlavə tədbirlər görülə bilər”.
Turkustan.az xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Li Ce Myon deyib.
O, Ukraynadan iki Şimali Koreyalı hərbi əsirin təhvil verilməsi ilə bağlı tərəflər arasında əldə olunan məxfilik razılaşmasını tanımağı və bununla bağlı üzr istəməyi tələb edib.
Cənubi Koreya tərəfinin bildirdiyinə görə, məlumatların ictimaiyyətə açıqlanmaması tələbi məhz Ukrayna tərəfindən irəli sürülüb və tərəflər bu barədə razılığa gəliblər.
Lakin sonradan Kiyev iki Şimali Koreyalı hərbi əsirin geri qaytarılması ilə bağlı məlumatı açıqlayıb.
Seul məsələ ilə bağlı Ukraynaya diplomatik kanallarla narazılığını bildirib.
Lakin Ukrayna tərəfi belə bir məxfilik razılaşmasının olmadığını açıqlayıb.
Bu açıqlama Cənubi Koreyanın narazılığına səbəb olub.
Seul hesab edir ki, bununla Cənubi Koreya prezidentinin dedikləri şübhə altına alınıb.
Bundan əlavə, Ukrayna tərəfinin Cənubi Koreyanın üzr tələb etməsindən sonra Koreya yarımadasında Şimali və Cənubi Koreya arasında mümkün hərbi qarşıdurma ehtimalından danışması da Seulun etirazına səbəb olub.
Cənubi Koreya bu açıqlamanı regionda hərbi qarşıdurmaya təhrik kimi qiymətləndirib və Ukraynaya qarşı əlavə tədbirlərin görülə biləcəyini bildirib./Globalinfo.az