ABŞ Körfəzə "Patriot"lar göndərir


ABŞ-ın Səudiyyə Ərəbistanı və Qətərdəki neft və qaz obyektlərini qorumaq üçün bölgəyə daha iki Patriot raket batareyası göndərdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, “Axios”un adı açıqlanmayan mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni hücuma qərar verəcəyi təqdirdə Qətər və Səudiyyə Ərəbistanını vacib enerji obyektlərinin müdafiəsini gücləndirməyə inandırmağa çalışır.

Avqustun əvvəlində Tramp İranın enerji infrastrukturuna genişmiqyaslı hücum planlaşdırarkən, Səudiyyə Ərəbistanı və Qətər İranın qisas olaraq bu ölkələrdəki neft və qaz obyektlərinə zərbə endirə biləcəyindən narahatlıqlarını ifadə etmişdi.

ABŞ rəsmilərinin sözlərinə görə, Tramp bu səbəbdən hərbi zərbə əvəzinə İrana qarşı iqtisadi təzyiq göstərməyi seçib.

Ötən ay isə ABŞ Səudiyyə Ərəbistanına əsas neft obyektlərindən birinin müdafiəsini gücləndirmək məqsədilə əlavə Patriot raket batareyası göndərib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ