İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibafla İraq Parlamentinin sədri Məhəmməd əl-Halbusi arasında Bağdadda keçirilən görüşdən sonra Fars körfəzinin adı ilə bağlı sosial mediada diqqətçəkən mesajlaşma baş verib.
Turkustan.az xəbər verir ki, Qalibaf sosial media hesabında fonunda “Fars körfəzi” yazılmış xəritənin qarşısında çəkilmiş fotosunu paylaşıb. Bu paylaşım ABŞ Prezidenti Donald Trampın körfəzi daha əvvəl “Ərəb körfəzi” adlandırması ilə bağlı müzakirələr fonunda diqqət çəkib.
Qalibafın paylaşımından qısa müddət sonra İraq parlamentinin sədri əl-Halbusi də sosial media hesabında fonunda “Ərəb körfəzi” yazılmış xəritənin fotosunu yayımlayıb. Mesajların iki parlament sədrinin Bağdadda üz-üzə görüşündən dərhal sonra paylaşılması diqqət çəkib.
İran “Fars körfəzi” adının tarixi və coğrafi baxımdan düzgün və qanuni ad olduğunu bildirir. Tehran daha əvvəl bəzi ərəb ölkələrinin, o cümlədən İraqın “Ərəb körfəzi” ifadəsindən istifadə etməsinə etiraz edib.
Aytən Yaşar/ Turkustan.az