Aişə Vahab ABŞ Konqresinə seçilən ilk əfqanəsilli siyasətçi oldu


ABŞ-ın Kaliforniya ştatında keçirilən xüsusi seçkilərdə qalib gələn Aişə Vahab ABŞ Konqresinə seçilən ilk əfqanəsilli siyasətçi olub.

Turkustan.az xəbər verir ki, Kaliforniyanın 14-cü Konqres dairəsində keçirilən xüsusi seçkilər Erik Svalvellin cinsi təcavüz iddiaları fonunda aprel ayında vəzifəsindən istefa verməsindən sonra təşkil olunub.

Əfqanıstan əsilli Vahab seçkilərdə Melissa Hernandezi məğlub edərək qalib gəlib. O, yanvar ayına qədər Kaliforniyanın 14-cü dairəsini ABŞ Nümayəndələr Palatasında təmsil edəcək.

Vahab seçkidən sonra verdiyi açıqlamada bu qələbəni “Amerika arzusunun gerçəkləşməsi” kimi qiymətləndirib.

Qeyd edək ki, Vahab aprel ayında verdiyi müsahibədə İsrailin fələstinlilərə qarşı hücumlarının “soyqırım” olub-olmadığı ilə bağlı suala “bəli” cavabını verib.

ABD Kongresi'nde ilk kez Afgan kökenli siyasetçi

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ