Kuba xarici işlər naziri Bruno Rodrigez ABŞ-ın ölkəyə qarşı tətbiq etdiyi yeni sanksiyaların əhalinin əsas xidmətlərə çıxışını çətinləşdirdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Rodrigez “X” hesabında paylaşımında ABŞ-ın Kubanın mədən, metallurgiya və digər dövlət sektorlarına qarşı yeni sanksiyalarına münasibət bildirib.
O, ABŞ dövlət katibi Marko Rubionu Kuba hökumətinin əhaliyə əsas xidmətlər göstərməsinə mane olmaq üçün “qəsdən addımlar atmaqda” ittiham edib.
Rodrigezin sözlərinə görə, yeni sanksiyalar Kubadakı özəl mikro, kiçik və orta müəssisələrin təchizatında problemlər yaradır və ərzaq, dərman və tibbi avadanlıq daşıyan konteynerlərin ölkəyə çatdırılmasına mane olur.
Aytən Yaşar/ Turkustan.az