Şimali Koreya nəhəng raketini Rusiyaya verdi


Şimali Koreya ilk dəfə olaraq Rusiyaya daha ağır “Hvasong-11C” (KN-30) ballistik raketlərini verib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, buna qədər Rusiya Şimali Koreyanın KN-23 və KN-24 raketlərindən istifadə edirdi. Bunun üçün Voronej vilayətinə təxminən Şimali Koreyanın 90 hərbi qulluqçusu göndərilib və onlar bu raketlər üçün altı buraxılış qurğusuna xidmət göstərir./axar.az


MANŞET XƏBƏRLƏRİ