Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani Türkiyəni ölkəsinin yenidən qurulmasında “əsas tərəfdaş” adlandırıb.
Turkustan.az xəbər verir ki, Şeybani rəsmi səfərdə olduğu Pakistanda yerli mediaya açıqlamasında Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi ilə bağlı sualı cavablandırıb.
O bildirib ki, Suriya sazişə qoşulmaq məsələsini nəzərdən keçirir, lakin hələlik bununla bağlı yekun qərar verilməyib. Şeybani qərarın yaxın günlərdə açıqlana biləcəyini qeyd edib.
Suriyanın xarici işlər naziri Türkiyənin ölkəsinin yenidən qurulmasında “əsas tərəfdaş” olduğunu vurğulayıb. O, həmçinin iki ölkə arasındakı 1000 kilometrdən çox sərhədə və tarixi əlaqələrə diqqət çəkib.
Aytən Yaşar/ Turkustan.az