Rusiyadan Yaponiyaya xəbərdarlıq: “Bu, əxlaq sərhədini aşmaqdır”


Rusiya Xarici İşlər naziri Sergey Lavrov Yaponiyanın Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarına səfərinə reaksiyasını sərt şəkildə tənqid edib.

Turkustan.az xəbər verir ki, Lavrov Tokionun reaksiyalarında “əxlaq sərhədini aşdığını” bildirib və Yaponiya səfirinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılacağını açıqlayıb.

Lavrov Moskvada Rusiyaya səfər edən Qananın xarici işlər naziri Samuel Okudzeto Ablakva ilə görüşüb. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Lavrov Rusiyanın Afrikada müstəmləkəçiliyə qarşı mübarizədə Qananı dəstəklədiyini və terrorizmlə mübarizədə ölkəyə yardım göstərməyə hazır olduğunu bildirib.

O, həmçinin Rusiyanın Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) ilə əməkdaşlıq memorandumu imzalayacağını açıqlayıb.

Lavrov bəzi Qana vətəndaşlarının Rusiya ordusu ilə müqavilə imzaladığını da bildirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı müraciət Qana tərəfindən edilib.

“Biz izah etdik ki, bütün bu məsələlər Rusiya Müdafiə Nazirliyinin nəzarətindədir. Oxşar müraciətlər digər ölkələrdən də daxil olub. Müdafiə Nazirliyinin Qanalı dostlarımızdan gələn müraciətləri qiymətləndirən xüsusi bölməsi var. Onlara baxılacaq”, – deyə Lavrov qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ