Rusiya qoşunları Xarkov vilayətinin Peçenihi kəndinə raket zərbəsi endirib.
Turkustan.az xəbər verir ki, zərbə nəticəsində 10 nəfər həlak olub, 8 nəfər yaralanıb.
Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, yaralılara zəruri tibbi yardım göstərilir.
Sinequbov bildirib ki, raket zərbəsi nəticəsində 10 fərdi evə, kafe, poçt şöbəsi, mağaza və ən azı 7 avtomobilə ziyan dəyib.
Aytən Yaşar/ Turkustan.az