Hakan Fidan Misirin kəşfiyyat rəhbəri ilə görüşdü


Türkiyə Xarici işlər naziri Hakan Fidan Misirə səfəri çərçivəsində diplomatik təmaslarını davam etdirib.

Turkustan.az xəbər verir ki, Fidan Misir Baş Kəşfiyyat Xidmətinin rəisi general-mayor Həsən Rəşadla görüşüb. Nazir daha sonra Əl-Əlameyn şəhərində Misirin Xarici İşlər, İmmiqrasiya və Xaricdəki Misirlilər naziri Bədr Əbdüləti ilə bir araya gəlib.

Türkiyə Xarici İşlər Nazirliyinin mənbələrinin məlumatına görə, görüşlər zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Fidanın gün ərzində Ərəb Liqasının baş katibi Nəbil Əl-Ərəbi ilə də görüşdüyü bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ