“Milyarder İlon Maskın maraq göstərdiyi Böyük Britaniyanın təxmini dəyəri 13-15 trilyon funt sterlinq, yaxud 18-20 trilyon dollar (təxminən 30–34 trilyon manat) təşkil edir”.
Turkustan.az xəbər verir ki, bunu Şeffild Universitetinin iqtisadiyyat fakültəsinin professoru Binson Van deyib.
Onun sözlərinə görə, hesablamalar üçün ən əsas göstərici Böyük Britaniyanın xalis milli sərvətidir. Bu isə, 2025-ci ilin yekunlarına əsasən 13,3 trilyon funt sterlinq təşkil edib:
“Bu rəqəm ölçülə bilən aşağı hədd kimi qəbul edilə bilər. Lakin hesablamaya insan kapitalı, institutlar, biliklər, mədəni irs və gələcək gəlirlər yaratmaq potensialı kimi amillər tam şəkildə daxil edilməyib. Sözügedən göstərici Böyük Britaniyanın həqiqətən satıla biləcəyi qiymət demək deyil.
Ümumi hesablamaya torpaq sahələri, yaşayış və kommersiya daşınmaz əmlakı, avadanlıqlar, infrastruktur, müəssisələr və təbii sərvətlər daxil edilməlidir. Maliyyə aktivləri də nəzərə alınmalıdır, lakin maliyyə öhdəlikləri bu məbləğdən çıxılmalıdır”./Globalinfo.az