İran-İraq müharibəsi başlamazdan əvvəl Oman sahillərinə göndərilən “Abraham Linkoln” təyyarədaşıyan gəmisində təxminən 5 min ABŞ dənizçisi və dəniz piyadası xidmət edir.
Turkustan.az xəbər verir ki, fevral ayından etibarən gəmidən ayrılmadan fəaliyyət göstərən hərbçilərin müasir dövrdə açıq dənizdə ən uzunmüddətli xidmət rekordunu qırdığı bildirilir.
Aylarla ailələrindən və normal həyatdan uzaqda qalan hərbçilərin gəmidəki ağır şərait və müharibənin yaratdığı gərginlik səbəbindən ciddi stress yaşadığı qeyd olunur.
Əsgərlərin ailələrinə göndərdikləri mesaj və məktublar gəmidə vəziyyətin pisləşdiyini üzə çıxarıb. Xüsusilə Prezident Donald Trampın avqustun ilk həftəsində “Abraham Linkoln”un bölgədə qalmasına dair göstərişindən sonra ailələr arasında narahatlıq daha da artıb.
San Dieqoda Hərbi Dəniz Qüvvələrinin komandirləri ilə görüşən ailə üzvləri yaxınlarının psixoloji vəziyyəti ilə bağlı ciddi narahatlıqlarını bildiriblər.
Aytən Yaşar/ Turkustan.az