Niderlandın Rotterdam limanında baş verən partlayış nəticəsində ən azı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, hadisənin səbəbi hələlik məlum deyil və araşdırılır.
Rotterdam polisi Avropanın ən böyük limanında baş verən partlayışla bağlı hadisə yerində araşdırma aparıldığını açıqlayıb.
Partlayışdan əvvəl limanın sənaye ərazisində böyük elektrik kəsintisi baş verib. Təcili yardım xidmətlərinin məlumatına görə, naməlum səbəbdən transformator yanıb və bu, ərazidə elektrik təchizatının kəsilməsinə səbəb olub. Bir neçə saat sonra sənaye zonasındakı müəssisələrə elektrik enerjisinin verilməsi mərhələli şəkildə bərpa edilib.
Hadisə ilə bağlı araşdırma davam edir.
Aytən Yaşar/ Turkustan.az