Zelenskidən Qərbə mesaj: “Ukraynanın Patriot raketlərinə ehtiyacı var”


Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin qışı keçirməsi üçün ABŞ-ın hazırda malik olduğu Patriot raket ehtiyatının təxminən 5 faizinə, Rusiyanın bütün ballistik hücumlarının qarşısını almaq üçün isə ehtiyatın 10 faizinə ehtiyacı var.

Turkustan.az xəbər verir ki, Zelenski bunu CNN-ə müsahibəsində deyib.

Zelenski əlavə raketlərin alınması ilə bağlı müttəfiqlərlə danışıqlar apardığını və bu məsələnin onun gündəlik fəaliyyətinin mühüm hissəsinə çevrildiyini bildirib.

“Bu il 2025-ci illə müqayisədə 2,5 dəfə az tutucu raketimiz var. Rusiya isə hər ay əvvəlkindən iki dəfə çox ballistik raket buraxır. Hər gecə hücumlar olur, ayda dörd-beş dəfə isə kütləvi zərbələr endirilir. Bunlar dəhşətli gecələrdir. Ukraynalılar çox qəhrəman və dözümlüdürlər, amma onlar yorulublar”, – deyə Zelenski bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ