“Yedioth Ahronoth” qəzetinin məlumatına görə, İsrailin müdafiə naziri Yisrael Katz 2005-ci ildə boşaldılmış Qərb Şəriyəsinin şimalındakı Qanim yaşayış məntəqəsinin yenidən qurulması mərasimində çıxış edib.
Turkustan.az xəbər verir ki, Qərb Şəriyəsində, o cümlədən Qusra şəhəri ətrafında israilli məskunlaşanların fələstinlilərə qarşı hücum və zorakılıq halları davam etdiyi bir vaxtda Katz “məskunlaşanların zorakılığı” ifadəsini rədd edib.
Ekstremist israilli məskunlaşanlara qarşı inzibati həbs tədbirinin ləğvi ilə bağlı təzyiqlərlə üzləşdiyini bildirən Katz deyib:
“Prinsip çox aydındır. Biz zorakılığa qarşıyıq. Hakimiyyətdə olan şəxslər olaraq lazımi addımları atacağıq. Digər elementlərin müdaxiləsinə icazə verməyəcəyik".
Aytən Yaşar/ Turkustan.az