Rusiyanın ilhaq etdiyi Krımın Sevastopol şəhərində bu gün öldürülən Rusiya Hərbi Dəniz Qüvvələrinin 1-ci dərəcəli kapitanı Robert Şaqeyevin keçmişdə Ukrayna Hərbi Dəniz Qüvvələrində xidmət etdiyi bildirilir.
Turkustan.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Şaqeyev vaxtilə Ukrayna Hərbi Dəniz Qüvvələrinin “Zaporojye” sualtı qayığının komandiri olub.
O, 2014-cü ildə Krım və Sevastopolun Rusiya tərəfindən ilhaqından sonra qarşı tərəfə keçərək Rusiya Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb.
Şaqeyevin bu gün Sevastopolda partlayıcı qurğunun işə düşməsi nəticəsində öldürüldüyü bildirilir./modern.az