NATO Kosovoda hərbi mövcudluğunu azaldır: KFOR-dan mühüm addım


NATO-nun Kosovodakı KFOR sülhməramlı qüvvələri ölkənin ən mühüm şəhərlərindən biri olan Mitrovitsadakı hərbi mövcudluğunu azaltmağa başlayıb.

Turkustan.az xəbər verir ki, 1999-cu ildən etibarən Mitrovitsada yerləşdirilən KFOR şəhəri iki hissəyə ayıran İbar çayı üzərindəki əsas körpüdəki daimi hərbi mövcudluğunu mərhələli şəkildə azaldır. Körpü əsasən albanların yaşadığı Cənubi Mitrovitsanı əsasən serblərin məskunlaşdığı Şimali Mitrovitsadan ayırır.

KFOR komandiri Özkan Ulutaş “Film City” qərargahında Serb “Siyahı”sının lideri Zlatan Eleklə görüşüb. Görüşdə Kosovonun şimalındakı təhlükəsizlik vəziyyəti və KFOR qüvvələrinin bölgədə yerləşdirilməsinin yenidən təşkili məsələləri müzakirə olunub.

Ulutaş körpüdə KFOR-un hərbi mövcudluğunun azaldılmasının Kosovonun şimalından geri çəkilmək anlamına gəlmədiyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ