ABŞ müdafiə naziri Pit Hegset Vaşinqtonun Kuba ilə bağlı mövqeyini açıqlayaraq, hərbi müdaxilə də daxil olmaqla bütün variantların nəzərdən keçirildiyini bildirib.
Turkustan.az xəbər verir ki, Panamada keçirilən “Amerika Anti-Kartel Koalisiyası”nın (A3C) iclasında iştirak edən Hegseth hərbi təlimlərə də qatılıb və jurnalistlərin suallarını cavablandırıb.
Kuba ilə bağlı sualı cavablandıran ABŞ müdafiə naziri deyib: “Hərbi variantlar da daxil olmaqla, bütün variantlar masadadır".
Hegseth ABŞ-ın Panama və Ekvador kimi regional ölkələrlə təhlükəsizlik və narkotik kartellərinə qarşı mübarizə sahəsində sıx əməkdaşlıq etdiyini bildirib.
O, Kolumbiyanın A3C-yə 19-cu üzv kimi qoşulduğunu və koalisiyanın qərargahına ev sahibliyi etməyə hazır olduğunu da qeyd edib.
Hegseth həmçinin koalisiyanın yeni şüarını açıqlayıb: “Biz pis insanlara pislik edirik".
Aytən Yaşar/ Turkustan.az