Nazir rusca verilən sualı cavablandırmaqdan imtina etdi – VİDEO


Moldovanın müdafiə naziri Anatoli Nosatyi rus dilində verilən sualı cavablandırmaqdan imtina edib.

Turkustan.az xəbər verir ki, bu barədə Newsmaker.md məlumat yayıb.

Mətbuat konfransından yayılan videoda jurnalistin rus dilində sual verməyə başladığı, müdafiə nazirinin isə onun sözünü kəsərək nə barədə danışdığını başa düşmədiyini bildirdiyi görünür.

Daha sonra jurnalist sualı rumın dilinə tərcümə edib. “Rəsmi dildə – rumın dilində danışdığınız üçün çox sağ olun. Çox yaxşı danışırsınız”, – Nosatyi cavabına başlayıb.

Qeyd edək ki, Moldova Respublikası Hökumətinin saytında müdafiə nazirinin rumın, rus və ingilis dillərində danışdığı yazılıb./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ