Zelenskiyə dedim ki, döyüşmək istəyirsinizsə... - Conson


Ukraynalılar özləri döyüşməyi davam etdirmək istəyirdilər, çünki onlar döyüş meydanında uğur qazanmışdılar və artıq Rusiya ordusunu Kiyev bölgəsindən çıxarmışdılar.

Turkustan.az xəbər verir ki, bunu Britaniyanın keçmiş baş naziri Boris Conson 2022-ci ilin yazında Rusiya ilə Ukrayna arasında sülh danışıqlarını pozması ittihamlarına cavab olaraq deyib.

“Bu, tamamilə yalandır. Ukraynalıların öz ölkələri uğrunda mübarizə aparmasının qarşısını ala biləcək bir Avropa və ya Qərb lideri yox idi. O vaxt Zelenskiyə dediyim tək şey bu idi: "Əgər döyüşmək istəyirsinizsə, biz sizinlə olacağıq". Bu, Britaniya xalqının mövqeyi olaraq qalır”, - Conson bildirib.

Onun sözlərinə görə, danışıqların pozulmasındakı rolu ilə bağlı iddiaları Kreml yayır./axar.az


MANŞET XƏBƏRLƏRİ