Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Misirə səfər edəcək.
Turkustan.az xəbər verir ki, səfər çərçivəsində ikitərəfli münasibətlər və regional proseslər müzakirə olunacaq.
Fidan və Misirin xarici işlər naziri Bədr Əbdülfəttah əs-Sisi Türkiyə-Misir Birgə Planlaşdırma Qrupunun ikinci iclasına həmsədrlik edəcəklər.
Görüşdə iki ölkə arasındakı ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması istiqamətində atılacaq addımlar, həmçinin hərbi və müdafiə sənayesi sahələrində əməkdaşlıq imkanları müzakirə ediləcək.
Regional məsələlər çərçivəsində isə Qəzza Sülh Planının ikinci mərhələsinin həyata keçirilməsi və ABŞ ilə İran arasında atəşkəs prosesində son vəziyyət barədə fikir mübadiləsi aparılacaq.
Aytən Yaşar/ Turkustan.az