Cənubi Koreya Ukraynaya silah tədarük etməkdən imtina etdi


Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Ukraynaya yalnız humanitar yardım göstərməyə davam edəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Seul Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyaya yeni Şimali Koreya qoşunlarının göndərilməsi ilə bağlı çağırışlarına baxmayaraq, Ukraynaya ölümcül silahlar və hava hücumundan müdafiə sistemləri tədarük etməyi planlaşdırmır.

Bu barədə “The Korea Times” qəzeti yazıb.

Cənubi Koreya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmisi bildirib ki, ölkənin hər hansı dövlətə müdafiə təyinatlı materiallar tədarükü həmişə daxili qanunvericiliyə uyğun həyata keçirilib.

Nəşrin məlumatına görə, Seul Ukraynanın hava hücumundan müdafiə sistemləri və digər hərbi ehtiyaclarla bağlı yardım tələbinə ehtiyatlı yanaşır.

Cənubi Koreyanın yüksək vəzifəli hökumət rəsmisi bu mövqeyin Ukrayna tərəfinin Şimali Koreyanın Rusiyaya Ukraynaya qarşı müharibədə dəstək məqsədilə əlavə qoşun göndərməyə hazırlaşdığı barədə açıqlamalarından sonra da dəyişmədiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ