Cənubi Amerika ölkəsi Kolumbiyada baş verən 7,4 bal gücündə güclü zəlzələ nəticəsində azı 132 nəfər həlak olub.
Turkustan.az xəbər verir ki, hökumət ölkədə “Milli Fəlakət Vəziyyəti” elan edib.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin episentri Kolumbiyanın qərbində yerləşən San Xose del Palmar şəhərindən təxminən 5 kilometr şərqdə qeydə alınıb.
Zəlzələnin ocağının 107 kilometr dərinlikdə yerləşdiyi bildirilib.
Güclü yeraltı təkanlar əsasən Çoko inzibati bölgəsində, həmçinin Barrankilya, paytaxt Boqota, Medellin, Manisales, Pereira və Bukaramanga daxil olmaqla ölkənin müxtəlif şəhərlərində hiss edilib.
Zəlzələ əhali arasında genişmiqyaslı çaxnaşmaya səbəb olub.
Aytən Yaşar/ Turkustan.az