Tayvan ordusu Çinin mümkün hücumuna qarşı hərbi təlimlər çərçivəsində strateji əhəmiyyətli Penhu adalarının müdafiəsini sınaqdan keçirib.
Turkustan.az xəbər verir ki, “Taipei Times” qəzetinin məlumatına görə, Tayvan illik 10 günlük “Han Kuang” hərbi təlimlərini davam etdirir.
Təlimlər çərçivəsində Tayvan boğazında yerləşən Penhu adalarında hərbçilər mümkün hava və amfibiya hücumunun qarşısının alınması üzrə ssenarini məşq ediblər. Təlimlərdə M60A3 tankları, artilleriya sistemləri və zenit toplarından istifadə olunub.
Çin sahillərindən daha uzaqda yerləşən Penhu adaları Tayvanın əsas adasına nisbətən materik Çinə daha yaxın mövqedədir. Bu səbəbdən adalar Pekinin mümkün hərbi əməliyyatı zamanı strateji əhəmiyyətli hədəflərdən biri hesab olunur.
Təlimlərin mülki müdafiə komponenti çərçivəsində isə Tayvanda mobil internet sürətinin ilk dəfə qəsdən azaldılması planlaşdırılır.
Bu tədbir fövqəladə hallar, o cümlədən təbii fəlakət və ya Çinin mümkün hücumu zamanı internet ötürmə qabiliyyətinin məhdudlaşdırılması şəraitində vətəndaşların ünsiyyəti necə davam etdirə biləcəyini yoxlamaq məqsədi daşıyır.
AYtən Yaşar/ Turkustan.az