“İran hökumətinin koordinasiyası, həmrəyliyi və səyləri insanların qıtlıq hiss etməməsinə səbəb olub və bu, düşmənin ümidsizliyinə gətirib çıxarıb”.
Turkustan.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Tehran Universitetində çıxışı zamanı deyib.
“Biz düşməni ümidsiz qoyacağıq”, - dövlət başçısı vurğulayıb.
Pezeşkian həmçinin iddia edib ki, bu gün cəmiyyətdə sabitlik və təhlükəsizlik hökm sürür, İran yoluna güc, birlik və həmrəyliklə davam edəcək:
“Heç bir güc İran cəmiyyətini təslim olmağa və diz çökməyə məcbur edə bilməz”.
Ölkənin Ali rəhbəri Müctəba Xameninin “İran xalqının müəyyən missiya ilə göndərilməsi” iddiasına istinad edən Pezeşkian öz iddiasının davamında əlavə edib ki, onu məhz buna görə diz çökdürmək və təslim etmək mümkün deyil./teleqraf