İsrail rəsmisi 7 avqustda imzalanan Məkkə Birgə Müdafiə Sazişinin İsrail üçün narahatlıq doğurduğunu və bunun Təl-Əvivə qarşı qurulan ittifaq olduğunu iddia edib.
Turkustan.az xəbər verir ki, adı açıqlanmayan İsrail rəsmisi “Yedioth Ahronoth” qəzetinə açıqlamasında Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında imzalanan sazişə münasibət bildirərək deyib:
“Bu saziş bizi narahat edir. Bu, İsrailə qarşı qurulan bir ittifaqdır”.
İsrail rəsmisi Məkkə Birgə Müdafiə Sazişinin regionda daha geniş dəyişikliklərin göstəricisi olduğunu bildirib.
Onun sözlərinə görə, İsrail buna qarşı alternativ regional ittifaqlar qurmalıdır. Rəsmi Yunanıstan və Kipr, eləcə də Hindistan və Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığın gücləndirilməsini təklif edib.
İsrail rəsmisi, həmçinin ölkəsinin “nəhəng hərbi gücləndirmə proqramına” ehtiyacı olduğunu deyib. Onun fikrincə, İsrailin hərbi gücü “çox, çox güclü” səviyyəyə çatdırılmalı və digər ölkələrin ondan asılılığı təmin edilməlidir.
Aytən Yaşar/ Turkustan.az