Ukrayna savaşında əsas düyün – Şərtlər açıqlandı


Papa Leo XIV avqustun 9-da Angelus duasından əvvəl Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına çağırışıb. O, müharibənin dinc əhali, xüsusilə də uşaqlar üzərində yaratdığı ağır nəticələrdən danışıb və beynəlxalq humanitar hüquqa hörmət edilməsini, mülki obyektlərə hücumların dərhal dayandırılmasını istəyib.

Rusya-Ukrayna Savaşı'nın 524'üncü günü: 12 ölü, 104 yaralı

Elə həmin gün Türkiyənin xarici işlər naziri Hakan Fidan da Rusiya və Ukraynaya çağırış edib. O, xüsusilə Qara dənizdə kommersiya gəmilərinə qarşı hücumların artmasından narahatlığını ifadə edərək tərəflərin Qara dənizdə hücumlara moratorium tətbiq etməsini təklif edib. Avropa İttifaqı və BMT də son həftələrdə Rusiyaya qarşı mövqelərini sərtləşdirərək Moskvanı dərhal və qeyd-şərtsiz atəşkəsə razılaşmağa çağırıb.

Siyasi analitik Asif Nərimanlı Musavat.com-a vurğulayıb ki, son vaxtlar sülh və atəşkəs çağırışlarının artması Ukrayna müharibəsinin mövcud nəticələrindən qaynaqlanır: “Tərəflərdən heç biri geri çəkilmək istəməsə də, döyüşlərin davam etməsi bütün istiqamətlərdə - hərbi, iqtisadi, sosial və s. itkiləri dərinləşdirir, o cümlədən, ABŞ müharibəni bitirməklə geosiyasi planlarında yeni mərhələyə keçmək istəyir. Ukraynanı dəstəkləyən Avropa İttifaqı üçün müharibə getdikcə daha bahalı və riskli vəziyyət yaradıb. Rusiyanın isə gücü tükənməkdədir. Bu kontekstdə bütün tərəflərin müharibəni bitimək istədiyi görünür”.

CSIS: Rusya Ukrayna Savaşı'nda Ölü Sayısı 2 Milyona Yakın

Onun fikrincə, real nəticə əldə etmək üçün bir neçə vacib amil lazımdır: “Birincisi, tərəflər ziddiyyətli məsələ olan ərazilərə nəzarət üzərində anlaşmalıdır. Bu, çətin görünür və müharibəni daha uzunmüddətli edir. İkincisi, ABŞ Rusiyaya real təzyiqi gücləndirməlidir, yalnız bu halda, Moskvanın danışıqlar masasında geri çəkilməsi, xüsusilə Donbasa bütövlükdə nzəarət tələbini korektə etməyə səbəb ola bilər. Üçüncüsü, Ukraynaya real təhlükəsizlik zəmanətlərinin verilməsi ilə danışıqlarda irəliləyiş əldə etmək mümkündür. Bütün bunların baş verəcəyi ehtimalı hələ də uzaq görünür. Sülh çağırışlarına Roma Papasının qoşulmasının da konkret nəticə əldə etməyə imkan verəcəyi ehtimalı zəifdir. Çünki Roma Papasının çağırışı birbaşa praktiki təsir imkanına malik deyil, bu, daha çox beynəlxalq çağırışları genişləndirə bilər”.


MANŞET XƏBƏRLƏRİ