Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen ABŞ-ın Qrenlandiyaya sahib olmayacağını və adanın ölkəsi üçün "qırmızı xətt" olduğunu əlavə edib.
Turkustan.az xəbər verir ki, Danimarka xarici işlər naziri Rasmussen ABŞ prezidenti Donald Trampın NATO-nun baş katibi Mark Rutte ilə Qrenlandiya ilə bağlı "razılaşma çərçivəsi" yaratdıqlarını elan etməsindən sonra Danimarka Yayım Korporasiyasına (DR) eksklüziv açıqlama verib.
Rutte ilə qısa bir görüş keçirdiyini deyən Rasmussen, "Onların yaxşı bir görüş keçirdiklərini söylədi. Danimarkanın yaxından maraqlandığı Arktikadakı təhlükəsizlik vəziyyəti müzakirə edildi. Bu mənada gün əvvəlindən daha yaxşı başa çatır" dedi.
Rasmussen Qrenlandiya ilə bağlı gələcək razılaşmanın çərçivəsi barədə şərh verməkdən çəkinərək deyib: "Biz televiziyada dayanıb bunu qiymətləndirməməliyik".
Aytən Yaşar/ Turkustan.az