ABŞ-da immiqrantlara yeni təşviq: 3 min dollar təklif olunur


ABŞ İmmiqrasiya və Gömrük Xidməti (ICE) ilin sonuna qədər ölkəni "könüllü olaraq tərk edən" qanunsuz immiqrantlar üçün təşviqin 3000 dollara qədər artırıldığını açıqladı.

Turkustan.az xəbər verir ki, ICE sosial media platformasında qanunsuz miqrantlarla bağlı video paylaşdı.

Süni intellekt tərəfindən yaradılan videoda ICE forması geyinmiş "Santa Klaus"un qanunsuz miqrantları tutub deportasiya etməsi təsvir olunub.

Videoya əlavə edilən açıqlamada həmçinin qeyd olunur ki, ilin sonuna qədər ölkəni "könüllü olaraq tərk edən" qanunsuz miqrantlar üçün təşviq məbləği 3000 dollara qədər artırılıb.

ABŞ Prezidenti Donald Trampın administrasiyası qanunsuz immiqrantlara "CBP Home" adlı tətbiq vasitəsilə ölkəni könüllü tərk etmələri üçün 1000 dollarlıq təşviq təklif edir.

Trampın ikinci müddətinin ilk doqquz ayı ərzində ICE Çikaqo, Los-Anceles və Şimali Karolinanın Şarlott şəhərləri də daxil olmaqla bir neçə şəhərdə immiqrasiya əməliyyatları zamanı təxminən 220.000 insanı saxlayıb, onlardan təxminən 75.000-nin cinayət qeydi olmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ