Türkiyədə zəlzələyə səbəb olan məsələ! Ərdoğan göstəriş verdi


Türkiyə prezidenti Ərdoğan ötən gün keçirilən AK Partiya Mərkəzi İcraiyyə Komitəsinin (MYK) iclasında cari məsələlərlə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, ilin yekun toplantısında Ərdoğan qeyri-qanuni qumar oyunları ilə bağlı əməkdaşlarına göstəriş verib. "Yeni Şafak"da yer alan xəbərə görə, Ərdoğan onlayn qumar və qanunsuz mərc oyunları ilə bağlı çox kədərləndiyini ifadə edərək, "Bu problemi kökündən kəsəcəyik. Ailəmizə və ictimai quruluşumuza birbaşa təhlükə yaradan və ya zərər verən heç bir hərəkətə icazə verməyəcəyik. Bu siyasətdən yuxarı bir məsələdir, milli təhlükəsizlik məsələsidir. Nə lazımdırsa edilməlidir" dedi.

Bu məsələdə hər kəsin əlindən gələni etməli, üzərinə düşən vəzifələri yerinə yetirməli olduğunu bildirən Ərdoğan, "Partiyamızın və kabinetimizin hər bir üzvü, hər birliyimiz, hər bir sədr müavini bu barədə bir iş görəcək. Bu problemi həll edin" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ