Türkiyə və Qətərin vasitəçiliyi ilə İstanbulda keçirilən danışıqlardan sonra Əfqanıstan və Pakistan atəşkəs rejiminin davam etdirilməsi ilə bağlı razılığa gəlib.
Turkustan.az xəbər verir ki, tərəflər noyabrın 6-da İstanbulda yenidən görüşəcək.
 Türkiyə və Qətərin vasitəçiliyi ilə Əfqanıstan və Pakistan arasında keçirilən danışıqlarda atəşkəsin davam etdirilməsi ilə bağlı razılıq əldə edilib.
Xarici İşlər Nazirliyi tərəfindən paylaşılan ortaq yazılı açıqlamada, Əfqanıstan və Pakistan arasında 18-19 oktyabr tarixlərində Dohada razılaşdırılmış atəşkəsin möhkəmləndirilməsi və Türkiyə və Qətərin vasitəçiliyi ilə 4 ölkənin iştirakı ilə oktyabrın 25-30-da İstanbulda görüşlərin keçirildiyi bildirilib.
Tərəflərin atəşkəsin davam etdirilməsi ilə bağlı razılığa gəldiyini çatdıran bəyanatda noyabrın 6-da İstanbulda keçiriləcək yüksək səviyyəli toplantıda atəşkəsin tətbiqi ilə bağlı əlavə prinsiplərin müzakirə ediləcəyi və qərar veriləcəyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az
 
             
         
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            