Onlar atəşkəs razılaşmasına nəzarət edəcəklər.
Turkustan.az xəbər verir ki, anonimlik şərti ilə Associated Press-ə danışan ABŞ rəsmiləri ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İsraildə "mülki-hərbi koordinasiya mərkəzi" yaradacağını bildirib və əlavə edib ki, bu struktur "humanitar yardım axınını, həmçinin maddi-texniki və təhlükəsizlik dəstəyini asanlaşdıracaq".
Rəsmilər bildiriblər ki, ABŞ Qəzzada qüvvəyə minməsi gözlənilən atəşkəs razılaşmasını dəstəkləmək və izləmək üçün tərəfdaş ölkələr və vətəndaş cəmiyyəti təşkilatlarından ibarət komandanın bir hissəsi olaraq İsrailə təxminən 200 əsgər göndərəcək. Rəsmilərdən biri deyib ki, yeni komanda “atəşkəs razılaşmasının icrasına və Qəzzada mülki hökumətə keçidə nəzarət etməyə kömək edəcək”.
Rəsmilər, ABŞ əsgərlərinin Qəzzəyə göndərilməyəcəyinə diqqət çəkərək, əsgərlərin bir hissəsinin gəldiyini və mərkəzin yaradılması işlərinə başlamaq üçün həftə sonu bölgəyə səfərlərini davam etdirəcəklərini qeyd ediblər.
Aytən Yaşar/ Turkustan.az