Ermənistan Baş naziri Nikol Paşinyan 8 avqustda Vaşinqtonda imzalanmış razılaşmadan danışıb.
Turkustan.az xəbər verir ki, o, həmin sazişi tarixi hadisə adlandırıb.
Paşinyan sülhü yeni doğulmuş körpəyə bənzədib və gündəlik qayğıya ehtiyacı olduğunu deyib:
“Yeni doğulan sülhümüz artıq 1 ay 22 günlükdür və biz onu bəsləməliyik, sevməliyik. Ona qulluq etməliyik ki, böyüsün, yetişsin, güclənsin və onunla Cənubi Qafqaz regionunu çiçəkləndirsin”./Globalinfo.az