CHP-nin İstanbul İl Konqresi ləğv edildi.
Turkustan.az xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul İl Konqresi məhkəmə qərarı ilə ləğv edilib. Qərarla birlikdə İl sədri Özgür Çelik və bütün rəhbərlik vəzifəsindən azad edilib.
Boşalan vəzifəyə keçici olaraq partiyanın tanınmış simalarından Gürsel Tekin təyin edilib.
Yaşananların ardından CHP rəhbərliyi hərəkətə keçib. Partiyanın Mərkəzi İcraiyyə Komitəsi (MİK) bu gün saat 17:00-da CHP lideri Özgür Özelin sədrliyi ilə növbədənkənar iclas keçirəcək.
Qərarla bağlı ilk açıqlama CHP sədr müavini Gökan Zeybek tərəfindən verilib. Zeybek məsələni sərt tənqid edərək bildirib:
“Türkiyə siyasi tarixində görünməmiş bir qərarla qarşı-qarşıyayıq. Hətta çevriliş dövrlərində belə bu cür bir vəziyyət müşahidə olunmayıb. Bu, Cümhuriyyətimiz adına utancverici haldır.”
Zeybek əlavə edib ki, bu qərar yalnız CHP-yə deyil, çoxpartiyalı demokratik rejimə qarşı yönəlmiş zərbədir:
“Cümhuriyyət Xalq Partiyasını məhkəmə yolu ilə yenidən dizayn etmək istəyənlərə səslənirik: Sizə boyun əyməyəcəyik.”
CHP tərəfindən yayılan açıqlamada isə partiyanın 2 milyon üzvü ilə birlikdə mübarizəsinə davam edəcəyi, və bütün bu çətinliklərin öhdəsindən gələcəyi vurğulanıb.
Aytən Yaşar/ Turkustan.az