Qolodomor soyqırımı İstanbulda anıldı


Noyabrın 27-də İstanbul Krım Dərnəyinin ənənəvi cümə konfransında Ukraynanın İstanbuldakı baş konsulu George Filatov 1932-1933-cü illərdə Stalin rejiminin şüurlu siyasəti sonunda süni yaradılan qıtlıq səbəbi ilə 8 milyondan çox insanın həyatına son qoyan Ukraynada və etnik ukraynalıların yaşadığı digər bölgələrdə (Kubanda) baş vermiş kütləvi insan ölümü ilə nəticələnən "Qolodomor soyqırımı"nı anlatdı və həmin illərdəki aclıq haqqında danışdı. O, öz çıxışında həmçinin Krım tatar xalqının tarixi faciəli səhifələrindən olan 1944-cü ildəki Krım tatarlarının deportasiyasından da bəhs etdi.

Cənab baş konsul bildirdi ki: "Krım Ukraynanın ayrılmaz hissəsi və tatar xalqının tarixi vətənidir. Onun işğaldan azad edilməsi və Krım tatarlarının hüquqlarının qorunması tarixi ədalətin bərpasının vacib komponentləridir.

Ağrımız ortaqdır, xatirəmiz ortaqdır, gələcəyimiz ortaqdır".

George Filatov Ukrayna-Rusiya savaşından bəhs edərkən Azərbaycan Prezidenti İ. Əliyevin IV Şuşa Qlobal Media Forumunda Ukraynaya ünvanladığı "heç vaxt işğalla barışmayın" sözlərini xatlrlayaraq vurğuladı ki, Azərbaycan 30 il sonra savaşı qələbəylə bitirdi, biz də Azərbaycanı örnək alaraq bu savaşı sonunda qələbə ilə bitirəcəyik.

Baş konsul sonda içtirakçıları maraqlandıran suallara cavab verdi.

Yaqut Misirxanlı
İstanbul

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ