İsrailin müvəqqəti Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampın Qəzza planının icrasını təsdiqləmək üçün bazar günü Nazirlər Kabinetinin iclasını keçirəcəyi bildirilir.
Turkustan.az xəbər verir ki, İsrailin “12-ci Kanal” televiziyasının məlumatına görə, iclas hökumətə razılaşmanın həyata keçirilməsi ilə bağlı beynəlxalq təzyiqlərin davam etdiyi bir vaxtda baş tutacaq.
Məlumata görə, Nazirlər Kabineti Trampın Qəzza planının icrasını təsdiqləmək məsələsini müzakirə edəcək.
Qeyd edək ki, İsrail 2025-ci il oktyabrın 10-da qüvvəyə minən atəşkəs razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham olunur. Atəşkəsə baxmayaraq, İsrailin hücumlarını və humanitar yardımın Qəzza zolağına çatdırılmasına qoyulan məhdudiyyətləri davam etdirdiyi bildirilir.
Razılaşmaya baxmayaraq, İsrail Qəzzadakı nəzarət zonasını genişləndirib və hazırda zolaq ərazisinin təxminən 70 faizinə nəzarət edir.
İyul ayında isə Sülh Şurası Qəzzada idarəçiliyin Fələstin texnokratik hökumətinə təhvil verilməsi və HƏMAS-ın tərksilah edilməsi ilə bağlı razılaşmaya gəlib.
Aytən Yaşar/ Turkustan.az