Maskın atasından ilginc sözlər: “İşgəncə etdim, milyarder oldu”


Amerikalı biznesmen və SpaceX şirkətinin baş direktoru İlon Maskın atası Errol Mask sərt tərbiyənin uşaqlarının uğur qazanmasına və milyarder olmasına kömək etdiyini bildirib .

Turkustan.az xəbər verir ki, Errol Mask bütün bu “psixoloji işgəncələrin” nəticəsində övladlarının milyarder olduğunu söyləyib.

“Onlardan biri tarixin ən varlı insanları arasındadır”, – deyə Mask oğullarının ittihamlarına cavab olaraq bildirib.

“İki oğlumla mükəmməl münasibətim var. Köməyə ehtiyacım olanda onlar mənə kömək edirlər. Bəzən onlara məsləhət verirəm”, – deyə o, əlavə edib. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ