Rusiya: Moskva bölgəsi 462 dronla hədəfə alındı


Moskva meri Sergey Sobyanin Rusiyanın paytaxtına doğru 462 pilotsuz uçuş aparatının (PUA) göndərildiyini, onlardan 123-nün şəhərə yaxınlaşarkən zərərsizləşdirildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Sobyanin hadisə ilə bağlı sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, ötən gün saat 23:00-dan bu gün səhər saat 07:00-dək Moskva istiqamətində ümumilikdə 462 dron qeydə alınıb. Onların böyük hissəsi hava hücumundan müdafiə sistemləri tərəfindən uzaq məsafədə məhv edilib.

“Moskvaya yaxınlaşan 123 PUA zərərsizləşdirilib”, – deyə mer bildirib.

Sobyanin vurulan dronların qalıqlarının aşkar edildiyi ərazilərdə təcili yardım və müvafiq xidmətlərin işlərini davam etdirdiyini qeyd edib.

Dron hücumları səbəbindən Moskva hava limanlarında təyyarələrin eniş və uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ