Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən “Əl-Şərq Forumu 2026”da çıxış edərək müsəlman dünyasına mühüm mesaj verib.
Turkustan.az xəbər verir ki, bu gün verilən qərarların müsəlman dünyasının gələcəyini müəyyənləşdirəcəyini bildirib.
Nazir dünya əhalisinin dörddə birindən çoxunu təşkil edən müsəlman ölkələrinin beynəlxalq sistemin formalaşmasında fəal iştirak etməli olduğunu vurğulayıb.
Anadolu Agentliyinin (AA) qlobal kommunikasiya tərəfdaşı olduğu forumun açılışında çıxış edən Fidan tədbirdə 50-dən çox ölkədən, o cümlədən müsəlman dünyasından təxminən 2 min ziyalının iştirak etdiyini bildirib.
“Bu gün etdiyimiz seçimlər müsəlman dünyasının gələcəyinin formalaşmasında həlledici olacaq”, – deyə nazir qeyd edib.
Aytən Yaşar/ Turkustan.az