Yuxusuz gecələrin acı nəticəsi: Bu 5 xəstəlikdən xəbəriniz olsun


Gecə yuxusunun 6 saatdan az olması uzun müddətdə insan sağlamlığı üçün ciddi təhlükələr yarada, bir sıra xəstəliklərin riskini artıra bilər.

Turkustan.az xəbər verir ki, davamlı yuxu çatışmazlığı orqanizmin normal fəaliyyətinə mənfi təsir göstərir. Bu, hormonal tarazlığın pozulmasına, maddələr mübadiləsinin zəifləməsinə, ürək-damar sistemində problemlərə və beyin fəaliyyətində dəyişikliklərə səbəb ola bilər.

Mütəxəssislərin diqqət çəkdiyi əsas sağlamlıq riskləri arasında aşağıdakılar yer alır:

Yüksək qan təzyiqi – az yatmaq qan təzyiqinin yüksəlməsi riskini artıra bilər.

Ürək-damar xəstəlikləri – uzunmüddətli yuxu çatışmazlığı ürəyin və damarların fəaliyyətinə mənfi təsir göstərə bilər.

Şəkərli diabet – yuxu rejiminin pozulması orqanizmin insulinə həssaslığını azalda bilər.

Piylənmə – yuxusuzluq iştahı tənzimləyən hormonların fəaliyyətinə təsir edərək çəki artımına şərait yarada bilər.

İnsult – xroniki yuxu çatışmazlığı insult riskinin artması ilə əlaqələndirilir.

Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün axşam saatlarında çay və kofe qəbulunu məhdudlaşdırmaq, yatmazdan əvvəl telefondan az istifadə etmək və stressdən uzaq durmaq tövsiyə olunur.

Qeyd edək ki, böyüklər üçün gündəlik 7-9 saat yuxu tövsiyə edilir. Az yatmaq bu xəstəliklərin mütləq yaranacağı demək deyil, lakin onların inkişaf riskini artıra bilər. /Yeni Sabah/


MANŞET XƏBƏRLƏRİ