Rusiyanın “Qazprom” şirkəti ilə Türkiyənin dövlət enerji şirkəti BOTAŞ Türkiyəyə təbii qaz tədarükü müqaviləsini daha üç il müddətinə uzadıblar.
Turkustan.az xəbər verir ki, yeni razılaşmaya əsasən, mövcud tədarük həcmləri və şərtləri qorunacaq.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak İstanbulda keçirilən Türkiyə-Rusiya Hökumətlərarası Komissiyasının iclasından sonra açıqlama verib.
Novakın sözlərinə görə, tərəflər Rusiyanın “Novatek” şirkəti tərəfindən Türkiyəyə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü ilə bağlı da razılığa gəliblər.
“Çatdırılmalara 2027-ci il yanvarın 1-dən başlanılacaq. Hələlik tədarük həcmləri azdır, lakin onların artırılması mümkündür”, – deyə Novak bildirib.
Aytən Yaşar/ Turkustan.az