Saxta səhifələrdə təhqirlər yazırdı - Həbs edildi


Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə təhqirdə təqsirləndirilən İlhamə Kərimova həbs edilib.

Barəsində Cinayət Məcəlləsinin 148-2-ci maddəsi ilə iş açılmış şəxs barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, İ.Kərimova barəsində 2 sayt rəhbəri xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Onlar həmin şəxsin sosial şəbəkələrdə saxta hesablar açaraq barələrində təhqiramiz ifadələr işlətdiyini iddia ediblər.\Unikal


MANŞET XƏBƏRLƏRİ