2026-cı il iyunun 16-19-da keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları ilə əlaqədar Bakı şəhərində bəzi parklanma məntəqələrinin bir hissəsi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.
Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Həmin parklanma məntəqələrini təqdim edirik:
Təbriz küçəsi - P10640;
İzzəddin Həsənoğlu küçəsi - P11053;
Bülbül prospekti - P90055;
Füzuli küçəsi - P90217;
Zərifə Əliyeva küçəsi - P90242;
Rixard Zorge küçəsi - P98202 və P90202.
Məhdudiyyət iyunun 15-i saat 20:00-dan iyunun 20-dək qüvvədə olacaq.