“Qaranlıqda həqiqət” verilişinin növbəti buraxılışı yayımlanıb.
Turkustan.az xəbər verir ki, layihə rəhbəri Ruhiyyə Əliyevanın təqdimatında efirə gedən proqramın budəfəki qonağı Qarabağ qazisi, istefada olan polis mayoru Aidə Şirinova olub.
O, verilişdə Qarabağ müharibəsi zamanı iştirak etdiyi çətin və mürəkkəb əməliyyatlardan danışıb:
"Demək olar ki, Drambon (indiki Heyvalı kəndi) kəndini almışdıq. Artıq kəndi əlimizin içi kimi tanıyırdıq. Nəcməddin Sadıkov Tərtərdə idi. Biz onunla əlaqə saxlayıb kəndi aldığımızı bildirdik. O isə dedi ki, kəndə daxil olmaq lazımdır. Əslində, taktiki baxımdan bu, düzgün qərar deyildi, amma əmr idi. Başda Zöhrabbəyov olmaqla 5-6 nəfər kəndə endi. Birinci evə çatanda isə oradan bir mərmi atdılar..."
Ətraflı videoda...